Cəlilabadda “Heydər Əliyev İli” çərçivəsində tədbir keçirilib
“Heydər Əliyev İli” ilə əlaqədar Cəlilabad Rayon İcra Hakimiyyəti tərəfindən hazırlanan və təsdiq edilən Tədbirlər Planı çərçivəsində Cəlilabadda Ulu Öndər Heydər Əliyevin zəngin dövlətçilik irsinin öyrənilməsi və yeni nəslə aşılanması məqsədilə Heydər Əliyev Mərkəzində tədbir keçirilib.
Tədbirdə Dövlət Himni səsləndirilib. Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın işğaldan azad edilməsi uğrunda canlarını qurban vermiş şəhidlərimizin, eləcə də qardaş Türkiyədə təbii fəlakət nəticəsində həlak olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.
Tədbiri giriş sözü ilə açan Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov Ulu Öndərin xalqımız və dövlətimiz qarşısında xidmətlərindən, məqsədyönlü siyasətinin əhəmiyyətindən danışıb. Bildirib ki, müasir Azərbaycan dövlətinin memarı və qurucusu, xalqının və dövlətinin müstəqilliyi, inkişafı naminə böyük işlər görmüş Ümummilli Lider Heydər Əliyev hər zaman qürur hissi ilə xatırlanacaq. Bu gün qazanılan bütün nailiyyətlərin əsasında Ümummilli Lider tərəfindən müəyyənləşdirilən siyasi kurs və Prezident İlham Əliyevin bu siyasi kursu uğurla davam etdirməsi faktı dayanır.
YAP Cəlilabad rayon təşkilatının sədri Mirsüleyman Mirxaslı müstəqil Azərbaycanın Heydər Əliyevin əbədiyaşar ideyaları və zəngin siyasi irsi əsasında tarixi nailiyyətlərə imza atdığını bildirib.
Rayon Ağsaqqallar Şurasının sədri Ədalət Əsgərov, Şəhid atası, Hacıcavadlı kənd ümumi orta məktəbin müəllimi Zeynəddin İbrahimov və Heydər Əliyev Mərkəzinin direktoru Ofeliya Qəhrəmanova öz çıxışlarında vurğulayıblar ki, Ulu Öndər Heydər Əliyev xalqımızın yaddaşında qurucu və xilaskar obrazını daim yaşadıb, qəlblərdə özünə əbədi məhəbbət qazanıb.