Şriftin ölçüsü :

Saytın rəngi :

Cəlilabadda heyvanların identifikasiyası və elektron uçotu ilə bağlı müşavirə keçirilib

15 oktyabr 2026 | 18:41

Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 25 may tarixli 1044 nömrəli Sərəncamı ilə “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı” təsdiq edilmişdir. Dövlət Proqramının Tədbirlər Planının 8.2.1.6-cı yarımbəndinin icrası ilə bağlı müşavirə keçirilib.

Müşavirədə Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Qalib Xudaverdiyev, rayon icra hakimiyyəti aparatının məsul şəxsləri, Qida Təhlükəsizliyi Agentliyinin Lənkəran-Astara Regional Bölməsinin nümayəndələri, şəhər və kənd inzibati ərazi dairələri üzrə nümayəndələr, nümayəndəliklərin baş məsləhətçiləri-ev təsərrüfatlarının uçotu işinin aparıcıları və bələdiyyə sədrləri iştirak ediblər.

Müzakirələr zamanı ölkə üzrə bütün iribuynuzlu və xırdabuynuzlu heyvanların dövlət hesabına birdəfəlik identifikasiyası və elektron uçotunun aparılması, 2027–2030-cu illər üzrə mərhələli tədbirlərin həyata keçirilməsi məsələlərinə toxunulub.

Dövlət Proqramının icrasının planlaşdırılması məqsədilə rayonun kəndləri üzrə heyvan saxlayan hüquqi və fiziki şəxslər, eləcə də onların təsərrüfatlarında mövcud heyvanların sayı barədə məlumatların toplanaraq Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinə təqdim edilməsinin vacibliyi vurğulanıb.

Müşavirə iştirakçılarına e-afsa.gov.az portalı vasitəsilə məlumatların sistemə daxil edilməli olduğu bildirilmişdir.

Sonda məlumatların dəqiq və vaxtında toplanması, elektron sistemə daxil edilməsi və aidiyyəti qurumlar arasında əlaqələndirilmiş fəaliyyətin təmin olunması ilə bağlı müvafiq məsələlər müzakirə edilib.

Keçidlər