Şriftin ölçüsü :

Saytın rəngi :

Cəlilabadda iftar süfrəsi təşkil edilib

18 mart 2025 | 10:44

Cəlilabad Rayon İcra Hakimiyyəti tərəfindən müqəddəs Ramazan ayı ilə əlaqədar iftar süfrəsi təşkil edilib. Məclisdə rayon icra hakimiyyətinin başçısı Rafiq Cəlilov, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər, aztəminatlı ailələr, rayon ictimaiyyətinin nümayəndələri və din xadimləri iştirak ediblər.

İftar mərasimi “Qurani-Kərim”dən ayələrin və Ramazan duasının oxunması ilə başlayıb. Ramazan ayının fəzilətləri barədə söhbətlər açılıb.

Məclisdə iştirak edən din xadimləri müqəddəs Ramazan ayının insanları gözəl niyyətlər və xeyirxah əməllər naminə birliyə çağırdığını, onları əmin-amanlıq, qardaşlıq və bərabərlik yoluna dəvət etdiyini söyləyiblər.

Məclis iştirakçıları Azərbaycanın bugünkü sabitlik və iqtisadi inkişaf yolunda yorulmadan çalışan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse- prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Keçidlər