Şriftin ölçüsü :

Saytın rəngi :

Cəlilabadda iki küçəyə şəhid adı verilib

29 dekabr 2022 | 11:59

Cəlilabad rayonunun Göytəpə şəhərində Vətən müharibəsinin iki şəhidinin adı əbədiləşdirilib. Vətən müharibəsi şəhidləri Tofiq Əmirli və Şəhriyar Əsgərovun adları şəhər ərazisindəki iki küçəyə verilib. Artıq həmin küçələrə ad lövhələri vurulub. Qeyd edək ki, Vətən müharibəsi şəhidləri olan Tofiq Əmirli Cəbrayıl uğrunda döyüşləri zamanı, Şəhriyar Əsgərov isə Xocavənd uğrunda gedən döyüşlər zamanı şəhadətə yüksəliblər.

Keçidlər