Şriftin ölçüsü :

Saytın rəngi :

Cəlilabadda işıqlandırma işləri davam etdirilir

26 sentyabr 2022 | 09:21

Rayonun fasiləsiz elektirik enerjisi ilə təmin edilməsi ilə bağlı davamlı işlər həyata keçirilir.Cəlilabad rayonu üzrə 14 kənddə (Buravar, Xanəgah, Babalı, Alar, Kazımabad, Zopun, Günəşli, Üçtəpə, Şorbaçı, Kürdlər, Xanılı, Gülməmmədli və Söyüdlü kəndlərində) 25 ədəd zədələnmiş transformator yenisi ilə əvəz edilmiş, 6 ərazidə isə (Cəlilabad şəhərində, Sabirabad, Günəşli, Buravar, Alar, Məmmədrzalı kəndlərində)  6 ədəd transformator  əsaslı təmir olunmuşdur.

Cəlilabad yarımstansiyasında 8, 6, 11 saylı, Göytəpə yarımstansiyasında 2, 4, 5, 7, 8 saylı hava xətlərində təmir bərpa işləri aparlmışdır. 

Cəlilabad rayonu ərazisində 390 ədəd elektrik dayağı, 4470 metr naqil və 800 ədəd izolyator yenisi ilə əvəz edilmişdir. 

Rayonun 12 kəndində Təzəkənd, Hamarqışlaq, Allahverən, Güneyli, Xəlilli, Albalan, Qamışlıgöl, Sadatlı, Məşədilər, Novruzallı, Məlikqasımlı, Yusublu kəndlərində 10 və 0.4 kV-luq hava xətləri, elektrik dayaqları, transformator məntəqələri yenilənir. Təzəkənd kəndində abonentlərin yeni kabelləşmiş şəbəkəyə köçürülməsinə başlanılmışdır.

Muğan kəndində yeni güc mərkəzinin yaradılması məqsədi ilə 250 və 160 kVa gücündə transformatorların quraşdırılması üçün 10 kV-luq dayaqlar basdırılmışdır.         

Cəlilabad şəhərinin Səttərxan küçəsində Şəhid ailəsinin fərdi yaşayış evinin elektrik enerjisi ilə təmin edilməsi üçün 10 ədəd dayaq basdırılmış və 300 metr kabel çəkilmişdir. 

Cəlayir yarımstansiyasında Ləkin hava xəttində 35 kV-luq yağ açarı əsaslı təmir olunmuşdur.

Cəlilabad rayonu üzrə  “Asan Xidmət” mərkəzinə müraciət etmiş abonentlər üçün 16 ədəd dayaq quraşdırılmış və 6386 metr kabel çəkilmişdir.

Keçidlər