Cəlilabadda kartof ixracı ilə bağlı sahibkarlarla səyyar görüş keçirilmişdir
Rayon icra başçısının tapşırığı ilə səyyar görüşdə başçının müavini Nazim Şükürov, Aparatın əməkdaşları, Qida Təhlükəsizlik Agentliyinin idxal-ixrac şöbəsinin müdiri Əkbər Əliyev, Qida Təhlükəsizlik Agentliyinin Lənkəran Regional bölməsinin rəisi Xalid Ələkbərli, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin Lənkəran Regional Kordinatorluğu (kordinator) Sabir Mirzəyev, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin 6 saylı Regional bölməsinin müdiri Nurlan Məmmədov, ərazi nümayəndələri, bələdiyyə sədrləri və fermerlər iştirak etmişdir.
İxracın çevik təşkil edilməsi məqsədi ilə tənzimləmə işlərinin koordinasiyası, inzibatçılğın təkmilləşdirilməsi və fermerlərin maarifləndirilməsi işləri həyata keçirilmişdir. Fermerlərlə interaktiv müzakirələr aparılmış, izahatlar verilmişdir.
Sahibkarlara ixracat işlərində lazımı dəstəyin göstəriləcəyi bildirilmişdir.