Şriftin ölçüsü :

Saytın rəngi :

Cəlilabadda kartofun istehsalı və ixracı ilə bağlı iclas keçirilmişdir

19 aprel 2023 | 19:13

İclasda Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov, rayon icra hakimiyyəti başçısı aparatının əməkdaşları, aidiyyəti təşkilat rəhbərləri və rayon icra hakimiyyəti başçısının Cəlilabad şəhər, Göytəpə şəhər, Muğan, Kazımabad, Üçtəpə, Təzəkənd, Alar, Əliqasımlı, Qarazəncir  inzibati ərazi dairəsi üzrə nümayəndələri, bələdiyyə sədrləri və sahibkarlar iştirak etmişdir.

Rafiq Cəlilov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin kənd təsərrüfatının inkişaf etdirilməsi sahəsində həyata keçirdiyi tədbirlər barədə məlumat verərək, Cəlilabad rayonunda  kənd təsərrüfatının aparıcı sahələrindən biri olan kartofçuluq sahəsində görülən işlərin vacibliyini və 2022-ci il üzrə rayonda  5500 hektar kartof sahəsindən 162 min tondan çox kartof istehsalına nail olunduğunu qeyd etmişdir. Rafiq Cəlilov iclas iştirakçılarına ötən illərin təcrübəsindən yararlanaraq bu il dahada yüksək məhsuldarlıq əldə olunması və ixracı sahəsində işlərin intensivləşdirilməsini tapşıraraq öz tövsiyələrini vermişdir.

Qalib Xudaverdiyev öz çıxışında bu il kartof sahələrində görülmüş işlər barədə danışaraq sahələrdən çıxarılmış kartofun ixracı zamanı maşınların az olması və sünü qiymət qaldırılmalarının qarşısının alınması sahəsində işlərin görülməsinin vacibliyini vurğulamışdır.

Nazim Şükürov 2022-ci il üzrə kartof əkini, məhsuldarlığı və onun ixracı barədə ətraflı məlumat verərək bu ildə işçi qurup tərəfindən işlərin kordinasiyalı şəkildə aparılacağını və ötən ilə nisbətdə dahada yüksək kefiyyətli işin qurulacağını bildirmişdir.

Cəlilabad Aqrar İnkişaf Mərkəzinin direktoru Rahib Kərimov öz çıxışında bu il mərkəzin əməkdaşları tərəfindən kartof  əkin sahələrində monitorinqlərin aparıldığını və məhsuldarlığın yüksək olacağını bildirərək bu sahədə atılacaq addımlarda  Cəlilabad Aqrar İnkişaf Mərkəzinin əməkdaşlarının daima dəstək göstərəcəyini bildirmişdir.

Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin 6 saylı Regional bölməsinin müdiri Nurlan Məmmədov çıxış edərək sahibkarlara məhsullarını xarici bazarlara çıxarmaları üçün sertifikatların verilməsində heç bir maneələrin olmadığını bildirmişdir.

Qida Təhlükəsizliyi Agentliyinin Lənkəran Regional bölməsinin rəisi vəzifəsini icra edən Xalid Ələkbərli çıxış edərək Ağentlik tərəfindən hər il olduğu kimi bu ildə gücləndirilmiş iş rejimində çalışaraq sahibkarlara analizlərin 24 saat ərzində verilməsini təşkil etdiklərini bildirərək işlərində heç bir maneələrin olmadığını bildirmişdir.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin Lənkəran Regional Kordinatorluğu (kordinator)  Sabir Mirzəyev  istehsal edilmiş kartofun  Rusiya, Qazaxıstan və digər ölkələrə ixrac edilməsi istiqamətində qarşılaşdıqları bütün çətinliklərlə yerində maraqlandıqlarını və onlara köməklik göstərildiyini bildirmişdir.

İstehsalçıların məmnunluğunun təmin edilməsi məqsədi ilə ətraflı müzakirələr aparılmış və rayon icra hakimiyyətinin başçısı Rafiq Cəlilov bu sahədə əməli tədbirlərin görülməsi ilə bağlı iclas iştirakçılarına göstərişlər vermişdir.

Keçidlər