Cəlilabadda kommunal təsərrüfatın maddi-texniki bazası gücləndirilir
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə ətraf mühitin mühafizəsi, abadlıq və kommunal xidmətlərin yaxşılaşdırılması istiqamətində tədbirlər davam etdirilir.
Bu tədbirlərin davamı olaraq, Cəlilabad rayonunda kommunal xidmətlərin keyfiyyətinin yüksəldilməsi və ərazilərin sanitar vəziyyətinin yaxşılaşdırılması məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Cəlilabad Rayon İcra Hakimiyyətinin Kommunal Müəssisələr Kombinatının balansına hər birinin tutumu 1100 litr olan 80 ədəd yeni məişət tullantısı konteyneri verilib.
Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov yeni konteynerlərə baxış keçirib, onların təyinatı üzrə istifadəsi və təmizlik işlərinin səmərəli təşkili ilə bağlı müvafiq tapşırıqlar verib.
Konteynerlərin əsasən əhalinin sıx məskunlaşdığı ərazilərdə yerləşdirilməsi nəzərdə tutulur. Görülən işlər rayon ərazisində təmizliyin qorunmasına və sanitar vəziyyətin daha da yaxşılaşdırılmasına xidmət edir.






