Şriftin ölçüsü :

Saytın rəngi :

Cəlilabadda “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş ağacəkmə aksiyası keçirilib

04 aprel 2025 | 15:35

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi ilə bağlı Cəlilabad rayonunda ağacəkmə aksiyası keçirilmişdir.

Ağacəkmə aksiyasında Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov, aparatın əməkdaşları, hüquq mühafizə orqanları, idarə, müəssisə və təşkilatların rəhbərləri və əməkdaşları iştirak ediblər.

“Konstitusiya və Suverenlik İli” ilə bağlı təşkil edilən bu aksiya zamanı 250 ədəd ağac əkilmiş və ağaclara lazımi aqrotexniki qulluq göstərilmişdir.

Aksiyanın keçirilməsində məqsəd ağac əkməklə ekoloji tarazlığın bərpasına, ətraf mühitin qorunmasına kömək etmək, atmosferi oksigenlə zənginləşdirmək, ictimaiyyətin diqqətini yaşıllıqların qorunmasına yönəltməkdir.

Keçidlər