Şriftin ölçüsü :

Saytın rəngi :

Cəlilabadda “Məişət zorakılığına son” və "Ailə ənənələrinin möhkəmləndirilməsi və inkişafı" mövzusunda maarifləndirici tədbir keçirilib

30 mart 2023 | 15:07

  30 mart 2023-cü il tarixində Cəlilabad Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikası Prezidentinin 27 noyabr 2020-ci il tarixli 2307 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında məişət zorakılığı ilə mübarizəyə dair 2020–2023-cü illər üçün Milli Fəaliyyət Planı”nın icrası ilə bağlı Cəlilabad Rayon İcra Hakimiyyətinin tədbirlər planına uyğun olaraq “Məişət zorakılığına son” və "Ailə ənənələrinin möhkəmləndirilməsi və inkişafı" mövzusunda maarifləndirici tədbir keçirilmişdir.

  Tədbirdə Cəlilabad Rayon İcra Hakimiyyəti başçısı aparatının böyük məsləhətçisi-Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Xumarə Xəlilova, aparıcı məsləhətçi-komissiyanın uşaqlarla iş üzrə məsləhətçi-psixoloqu Günay İbadova, Cəlilabad Rayon Polis Şöbəsinin İctimai təhlükəsizlik bölməsinin yetkinlik yaşına çatmayanlarla profilaktiki işin təşkili qrupunun baş inspektoru Anar Atakişiyev, Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü Loğman Eynullayev, Heydər Əliyev Mərkəzinin direktoru Ofeliya Qəhrəmanova, ümumtəhsil müəssisələrində təhsil alan X-XI sinif şagirdləri və tələbələr iştirak etmişdir.

Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Xumarə Xəlilova çıxış edərək insan hüquq və azadlıqlarının qorunmasından, eləcə də məişət zorakılığı hallarına qarşı mübarizədə qanunvericilik bazasından söz açıb. Qanunlarımızla vətəndaşların hüquqlarının qorunduğunu diqqətə çatdıran natiq məişət zorakılığına qarşı mübarizədə hər kəsi əməkdaşlığa çağırıb. Hər bir fərdin cəmiyyətin bir parçası olduğunu, məişət zorakılığı hallarının baş verdiyi ailələrdə ən çox əziyyət çəkənin məhz uşaqlar olduğunu vurğulayıb.

  Tədbirdə çıxış edən iştirakçılar məişət zorakılığı, onun fəsadları, zorakılığın qarşısının alınması üçün  görülən tədbirlər haqqında geniş danışmış, maarifləndirici məlumatlar vermiş, şagird və tələbələri maraqlandıran sualları cavablandırmışlar.

        

Keçidlər