Cəlilabadda “Məişət zorakılığına son” və “Erkən nikahın fəsadları” mövzusunda maarifləndirici tədbir keçirilib
Cəlilabadda “Məişət zorakılığına son” və “Erkən nikahın fəsadları” mövzusunda maarifləndirici tədbir keçirilmişdir.
7 iyun 2023-cü il tarixdə Cəlilabad Rayon İcra Hakimiyyəti tərəfindən Cəlilabad rayon Muğan kənd tam orta məktəbində Azərbaycan Respublikası Prezidentinin 27 noyabr 2020-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında məişət zorakılığı ilə mübarizəyə dair 2020–2023-cü illər üçün Milli Fəaliyyət Planı”nın icrası ilə bağlı “Məişət zorakılığına son” və Cəlilabad Rayon İcra Hakimiyyətinin tədbirlər planına uyğun olaraq “Erkən nikahın fəsadları” mövzusunda maarifləndirici tədbir keçirilmişdir. Cəlilabad Rayon İcra Hakimiyyəti yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın uşaqlarla iş üzrə məsləhətçi-psixoloqu-Günay İbadova, Cəlilabad Rayon İcra Hakimiyyəti yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Xumarə Xəlilova, rayon polis şöbəsinin ictimai təhlükəsizlik bölməsinin yetkinlik yaşına çatmayanlarla profilaktiki işin təşkili qrupunun inspektoru, polis leytenantı Behnam Əmirli, rayon gənclər və idman idarəsinin rəisi Elçin Hüseynov, Lənkəran-Astara Regional Təhsil İdarəsinin Cəlilabad Rayon Təhsil sektorunun aparıcı-məsləhətçisi Tacəddin Əli, vəkillər kollegiyasının üzvi Loğman Eynullayev, Ombudsmanın cənub regional mərkəzinin rəhbəri Ziya İsmayılov, Muğan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Rövşən Həsənov, yuxarı sinif şagirdləri və valideynlər iştirak etmişdir.
Tədbirdə rayon icra hakimiyyəti yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın uşaqlarla iş üzrə məsləhətçi-psixoloqu Günay İbadova iştirakçıları rayon rəhbərliyi adından salamlayaraq, məişət zorakılığının yaranma səbəblərini və erkən nikahın qarşısının alınması üçün görülən işlərdən danışıb. Daha sonra tədbir iştirakçıları öz çıxışlarında mövzu barəsində ətraflı məlumat vermişlər.