Cəlilabadda "Milli dəyərlərlə birləşən gənclik" mövzusunda dəyirmi masa keçirilib
28 iyul 2025 | 12:26
Cəlilabad şəhər Heydər Əliyev Mərkəzində Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin, Cəlilabad Rayon İcra Hakimiyyətinin, Cəlilabad şəhər Heydər Əliyev Mərkəzinin, DQİDK Masallı bölməsinin birgə təşkilatçılığı ilə "Konstitusiya və Suverenlilk ili" ilə əlaqədar "Milli dəyərlərlə birləşən gənclik" mövzusunda gənclərlə dəyirmi masa keçirilib.
Tədbirdə Cəlilabad rayon gənclər və idman sektorunun əməkdaşı, Cəlilabad şəhər Heydər Əliyev Mərkəzinin direktoru, MİHT Cəlilabad RK sədr, QAC Cəlilabad bölməsinin sədr müavini, DQİDK Masallı bölməsinin əməkdaşı, Uşaq Səfirlər Məclisinin nümayəndələri və bir qrup gənc iştirak edib.
Tədbirin məqsədi gənclərin öz milli mənsubiyyətinə sahib çıxması, köklərinə bağlı və vətənpərvər ruhda yetişməsidir.
Tədbirdə gənclər qonaqlarla mövzu ətrafında öz fikirlərini bölüşüblər.






