Şriftin ölçüsü :

Saytın rəngi :

Cəlilabadda Milli Mətbuat Günü qeyd olunub

22 iyul 2025 | 15:26

22 İyul – Milli Mətbuat Günü münasibətilə Cəlilabad Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Azərbaycan milli mətbuatının yaranmasının 150 illiyinə həsr olunmuş tədbir təşkil olunub.

Tədbirdə çıxış edən Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov media nümayəndələrini Milli Mətbuat Günü münasibətilə təbrik edib,  Azərbaycan mətbuatının uzun və şərəfli yol keçdiyini vurğulayıb.

Bildirilib ki, milli mətbuatımızın inkişafı Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndərin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı mətbuatımızın inkişaf tarixində yeni mərhələ açdı. 1998-ci ildə Ümummilli Lider Heydər Əliyev tərəfindən Azərbaycan mətbuatının üzərindən dövlət senzurasının ləğv edilməsi ilə ölkəmizdə söz və mətbuat azadlığının əsası qoyuldu.

Ulu Öndərin mətbuatın inkişafına, jurnalistlərin sosial müdafiəsinin gücləndirilməsinə yönəlmiş siyasətinin onun layiqli varisi Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi qeyd olunub.

Tədbirdə rayonun ictimai-siyasi və media nümayəndələrinin çıxışları dinlənilib. Çıxış edənlər mətbuatın milli suverenliyin qorunmasında, informasiya təhlükəsizliyində və vətəndaş cəmiyyətinin formalaşmasında oynadığı mühüm rolu vurğulayıblar.

Tədbirdə Azərbaycan milli mətbuatının yaranmasının 150 illiyinə həsr olunmuş sənədli film nümayiş olunmuşdur.

Tədbirin sonunda bir qrup media nümayəndəsinə fəxri fərman və mükafat təqdim edilib.

Keçidlər