Cəlilabadda müqəddəs Ramazan ayı münasibəti ilə iftar süfrəsi təşkil edilib
Cəlilabad rayonunda müqəddəs Ramazan ayı ilə əlaqədar iftar süfrəsi təşkil edilib. Məclisdə rayon icra hakimiyyətinin başçısı Rafiq Cəlilov, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər, aztəminatlı ailələr, rayon ictimaiyyətinin nümayəndələri və din xadimləri iştirak ediblər.
Məclisdə iştirak edən din xadimləri ruzi-bərəkət, həmrəylik, dostluq-qardaşlıq, sevgi və mərhəmət ayı olan Ramazanın fəzilətlərindən, bu ayın insanlar arasında mənəvi saflıq, paklıq ayı olmasından bəhs ediblər. İnsanlar arasında həmrəyliyin və dini-mənəvi birliyin möhkəmləndirilməsinə xidmət edən mübarək Ramazan günlərində iftar süfrəsinin təşkil edilməsinin cəmiyyətimizin vahidliyinin, ümumi amallar naminə ölkəmizdə dövlət-din arasında sıx birliyin bariz nümunəsi olduğunu vurğulayıblar.
İftar süfrəsində iştirak edənlər Azərbaycanın bu günkü sabitliyi, inkişafı və qüdrətlənməsi üçün çalışan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci Vitse-Prezidenti Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirmişlər.