Cəlilabadda müqəddəs Ramazan ayı münasibəti ilə iftar süfrəsi təşkil olunub
Cəlilabad rayonunda müqəddəs Ramazan ayı ilə əlaqədar iftar süfrəsi təşkil olunub. Məclisdə rayon icra hakimiyyətinin başçısı Rafiq Cəlilov, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər, aztəminatlı ailələr, rayon ictimaiyyətinin nümayəndələri və din xadimləri iştirak ediblər.
Məclisdə iştirak edən din xadimləri ruzi-bərəkət, həmrəylik, dostluq-qardaşlıq, sevgi və mərhəmət ayı olan Ramazanın fəzilətlərindən, bu ayın insanlar arasında mənəvi saflıq, paklıq ayı olmasından bəhs ediblər. İnsanlar arasında həmrəyliyin və dini-mənəvi birliyin möhkəmləndirilməsinə xidmət edən mübarək Ramazan günlərində iftar süfrəsinin təşkil edilməsinin cəmiyyətimizin vahidliyinin, ümumi amallar naminə ölkəmizdə dövlət-din arasında sıx birliyin bariz nümunəsi olduğunu vurğulayıblar.
İftar süfrəsi zamanı şəhid ailələri onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.