Cəlilabadda növbəti ağacəkmə aksiyası keçirilib
19 noyabr 2024 | 18:04
“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində bu gün Cəlilabad rayonunda növbəti ağacəkmə aksiyası keçirilib.
Aksiyada Cəlilabad rayon Bələdiyyələrinin kollektivi və Lənkəran Regional Ədliyyə İdarəsinin əməkdaşları başda olmaqla Kommunal Müəssisələr Kombinatının və “DOST” xidmətinin əməkdaşları aktiv şəkildə iştirak ediblər.