Şriftin ölçüsü :

Saytın rəngi :

Cəlilabadda Novruz bayramı münasibətilə ümumrayon şənliyi keçirilib.

19 mart 2025 | 15:29

Cəlilabad Rayon İcra Hakimiyyətinin və Lənkəran-Astara Regional Mədəniyyət İdarəsinin Cəlilabad rayon nümayəndəliyinin birgə təşkilatçılığı ilə Cəlilabad şəhərində yerləşən Heydər Əliyev Seyrəngahında Novruz bayramı münasibətilə ümumrayon şənliyi keçirilib.

Bayram şənliyində Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov, aparatın məsul əməkdaşları, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə, təşkilat rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə nümayiş edilən sərgiyə baxış keçiriblər.

Ümumrayon şənliyində dövlət himni səsləndirildikdən sonra tədbir açıq elan olunub.

Tədbirdə çıxış edən RİH başçısı Rafiq Cəlilov mədəni dəyərləri, eləcə də xeyirxahlıq, birlik və həmrəylik kimi gözəl ənənələri əks etdirən Azərbaycan xalqının qədim tarixinin yadigarı və milli varlığının rəmzlərindən biri olan Novruzun gəlişi münasibətilə bütün cəlilabadlıları, eləcə də tədbir iştirakçılarını səmimi qəlbdən təbrik etmiş, onlara ən xoş arzularını çatdırmışdır.

Həmçinin Cəlilabad rayonu ərazisində fəaliyyət göstərən məktəbəqədər və orta ümumtəhsil müəssisələrindən gələn özfəaliyyət dərnəklərinin, rəqs və mahnı qruplarının folklor nümunələri və rayonda fəaliyyət göstərən idman məktəblərinin nümunəvi idman çıxışları olmuşdur.

Daha sonra rayon rəhbəri Rafiq Cəlilov alqış sədaları altında bayram tonqalını yandırmışdır.

Tədbir rayonun incəsənət ustalarının və mədəniyyət kollektivlərinin iştirakı ilə geniş proqramlı bayram konserti ilə davam etdirilmişdir.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Keçidlər