Şriftin ölçüsü :

Saytın rəngi :

Cəlilabadda Novruz bayramı münasibətilə ümumxalq şənliyi keçirilib

15 mart 2023 | 16:51

Martın 15-də Cəlilabad Rayon İcra Hakimiyyəti və Masallı Regional Mədəniyyət İdarəsinin Cəlilabad rayonu üzrə nümayəndəliyinin birgə təşkilatçılığı ilə Cəlilabad şəhərində yerləşən Heydər Əliyev Seyrəngahında Novruz bayramı münasibətilə ümumrayon şənliyi keçirilib.

Bayram şənliyində Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov, RİH başçısı aparatının əməkdaşları, Cəlilabad rayonunun hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə və təşkilat rəhbərləri, şəhid ailələri, qazilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Ümumrayon şənliyində Vətən uğrunda həlak olmuş şəhidlərin müqəddəs ruhu bir dəqiqəlik sükutla ehtiramla yad edildi.

Tədbir iştirakçıları əvvəlcə xalqımızın qədim ənənələrini, dəyərlərini, mətbəxini, məişətini əks etdirən pavilyonlarla, həmçinin Cəlilabad rayonu ərazisində fəaliyyət göstərən məktəbəqədər və orta ümumtəhsil müəssisələrindən gələn özfəaliyyət dərnəklərinin, rəqs və mahnı qruplarının folklor nümunələri və rayonda fəaliyyət göstərən idman məktəblərinin nümunəvi idman çıxışları ilə tanış olublar.

Heydər Əliyev Seyrəngahında bayram tonqalını alışdıran  Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov şəhidlərimizin xatirəsini dərin ehtiramla yad edərək şəhid ailələrini, torpaqlarımızın keşiyində dayanan əsgər və zabitləri, rayon ictimaiyyətini Novruz bayramı münasibətilə təbrik edib, Prezident İlham Əliyevin Ümummilli Liderin vəsiyyətini və Azərbaycan xalqının arzularını reallaşdıraraq özünün rəhbərliyi altında müzəffər Azərbaycan Ordusunun doğma torpaqlarımızı işğaldan azad etdiyini və həmin ərazilərdə böyük coşqu ilə Novruz bayramının qeyd edildiyini vurğulayıb.

Tədbirdə rayonun incəsənət ustalarının və mədəniyyət kollektivlərinin iştirakı ilə geniş proqramlı bayram konserti nümayiş etdirilib.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Keçidlər