Cəlilabadda “Nüvə və digər kütləvi qırğın silahının mümkün tətbiqi ilə əlaqədar yarana biləcək təhlükənin qarşısının alınması məqsədilə əhalinin mühafizəsi, habelə profilaktika və təhlükəsizlik tədbirlərinin həyata keçirilməsi” mövzusunda tədbir keçirilib
16 iyun 2026-cı il tarixində Cəlilabad Rayon İcra Hakimiyyətinin və Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzin birgə təşkilatçılığı ilə “Nüvə və digər kütləvi qırğın silahının mümkün tətbiqi ilə əlaqədar yarana biləcək təhlükənin qarşısının alınması məqsədilə əhalinin mühafizəsi, habelə profilaktika və təhlükəsizlik tədbirlərinin həyata keçirilməsi” adlı maarifləndirici tədbir keçirilib.
Tədbirdə Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının Hüquq və kadr məsələləri sektorunun məsləhətçisi Seymur Abbasov, Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzin Mülki Müdafiə İdarəsinin Mülki müdafiəyə hazırlıq şöbəsinin rəis müavini, mayor Ramil Məcidov, Mülki müdafiəyə hazırlıq şöbəsinin baş zabiti, mayor Elşən Ələkbərov, inzibati ərazi dairəsi üzrə nümayəndəliklər, bələdiyyələr, ərazidə fəaliyyət göstərən idarə, müəssisə və təşkilat rəhbərləri iştirak etmişdir.
Tədbiri Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının Hüquq və kadr məsələləri sektorunun məsləhətçisi Seymur Abbasov giriş sözüylə açmışdır.
Sonra Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzin Mülki Müdafiə İdarəsinin Mülki müdafiəyə hazırlıq şöbəsinin rəis müavini, mayor Ramil Məcidov və Mülki müdafiəyə hazırlıq şöbəsinin baş zabiti, mayor Elşən Ələkbərov “Nüvə silahı və onun zədələyici amilləri” mövzusunda çıxışlar edərək təhlükənin növü, təsirə məruz qalan ərazilər, ilkin davranış qaydaları, mülki müdafiə sığınacaqlarının yerləşdiyi yerlər, təhlükəsiz və təxliyə marşrutları, toplanış məntəqələri, tibbi və psixoloji yardım barədə məlumatlar vermişdir.






