Şriftin ölçüsü :

Saytın rəngi :

Cəlilabadda “Olduğu yer üzrə qeydiyyat, əcnəbi və vətəndaşlığı olmayan şəxslərin olma və yaşama qaydaları” mövzusunda maarifləndirici tədbir keçirilib

21 may 2026 | 14:18
21 may 2026-cı il tarixində Cəlilabad Rayon İcra Hakimiyyətinin inzibati binasının iclas zalında keçirilən tədbirdə rayon icra hakimiyyəti başçısının birinci müavini Qalib Xudaverdiyev, Lənkəran Regional Miqrasiya İdarəsinin şöbə rəisi, miqrasiya xidməti müşaviri İbrahim Abdullazadə və baş inspektoru, birinci dərəcəli miqrasiya xidməti qulluqçusu Turan Əliyev, aparatın əməkdaşları, inzibati ərazi dairəsi üzrə nümayəndələr, bələdiyyə sədrləri, sahə polis rəisləri, idarə, müəssisə rəhbərləri və işəgötürənlər iştirak etmişdir.
Tədbirdə çıxış edən Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Qalib Xudaverdiyev Dövlət Miqrasiya Xidməti tərəfindən respublikanın regionlarında müntəzəm olaraq təşkil edilən maarifləndirmə tədbirlərinin ictimaiyyətin, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin məlumatlanıdırılması işinə öz töhfəsini verdiyini diqqətə çatdırıb.
Sonra Lənkəran Regional Miqrasiya İdarəsinin şöbə rəisi, miqrasiya xidməti müşaviri İbrahim Abdullazadə miqrasiya məsələləri, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin ölkədə olma və yaşama qaydaları, qeydiyyat prosedurları barəsində geniş məruzə ilə çıxış edib.
Lənkəran Regional Miqrasiya İdarəsinin baş inspektoru, birinci dərəcəli miqrasiya xidməti qulluqçusu Turan Əliyev ölkədə müvəqqəti və daimi yaşamaq üçün icazələrin verilməsi, vətəndaşlığa qəbul, xitam, bərpa, eləcə də vətəndaşlıq mənsubiyyətinin və qaçqın statusunun müəyyənləşdirilməsi, həmçinin əmək fəaliyyətinin həyata keçirilməsi üçün fərdi icazələrin verilməsi və mövcud fərdi icazələrin müddətlərinin uzadılması, həmçinin əcnəbilərin qeydiyyatı, qanunsuz miqrasiyaya qarşı mübarizə məsələləri barədə çıxış etmişdir.
Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılmışdır.
Keçidlər