Şriftin ölçüsü :

Saytın rəngi :

Cəlilabadda “Özünü məhv etmə! Narkotikə yox de!” adlı maarifləndirici tədbir keçirilib

05 may 2023 | 09:46

4 may 2023-cü il tarixində keçirilmiş tədbirdə Cəlilabad Rayon İcra Hakimiyyəti başçısı aparatının böyük məsləhətçisi-Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Xumarə Xəlilova, aparıcı məsləhətçi-komissiyanın uşaqlarla iş üzrə məsləhətçi-psixoloqu Günay İbadova, rayon prokurorunun böyük köməkçisi Rahim Qənbərli, Cəlilabad Rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik bölməsinin yetkinlik yaşına çatmayanlarla profilaktiki işin təşkili qrupunun baş inspektoru Anar Atakişiyev, Heydər Əliyev Mərkəzinin direktoru Ofeliya Qəhrəmanova, rayon gənclər və idman idarəsinin rəisi Elçin Hüseynov, Lənkəran-Astara Regional Təhsil İdarəsinin Cəlilabad Rayon Təhsil sektorunun aparıcı-məsləhətçisi Tacəddin Əli, Masallı Regional Mədəniyyət İdarəsinin Cəlilabad nümayəndəliyi Elnur Atakişiyev, ümumtəhsil müəssisələrində təhsil alan X-XI sinif şagirdləri və tələbələr iştirak etmişdir.  

Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın uşaqlarla iş üzrə məsləhətçi-psixoloqu Günay İbadova çıxış edərək narkomaniyanın yaratdığı fəsadlardan, onun gəncliyimizin gələcəyi və sağlamlığı üçün ciddi təhlükə törədən problemə çevrilməsindən bəhs edib və hər kəsi bu mübarizədə əməkdaşlığa dəvət edib.  Tədbirdə çıxış edən iştirakçılar ümumbəşəri bəla sayılan narkotikin insan həyatına vurduğu zərbədən bəhs etmiş, gənclərin asudə vaxtlarını səmərəli şəkildə dəyərləndirmələrini tövsiyə etmişlər.

Mövzu ilə bağlı fotosərgiyə baxış keçirilmiş, maarifləndirici videoçarx və real həyata əsaslanan tamaşa  iştirakçılara təqdim edilmişdir.

Keçidlər