Cəlilabadda prokurorluq işçilərinin peşə bayramı günü qeyd edilib
29 sentyabr 2023 | 11:44
1 oktyabr – Prokurorluq işçilərinin peşə bayramı günü və Azərbaycan prokurorluğunun yaradılmasının 105-ci ildönümü Cəlilabadda qeyd edilib.
Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov, rayon prokuroru Vahid Məmmədov, hüquq-mühafizə orqanlarının rəhbərləri və prokurorluğun əməkdaşları Ulu Öndər Heydər Əliyevin Cəlilabad şəhərinin mərkəzində ucaldılan abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər.