Şriftin ölçüsü :

Saytın rəngi :

Cəlilabadda prokurorluq işçilərinin peşə bayramı qeyd olundu.

01 oktyabr 2024 | 12:25

1 Oktyabr- Prokurorluq işçilərinin peşə bayramı günü ilə əlaqədar olaraq Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov, Cəlilabad Rayon Prokuroru Vahid Məmmədov və rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri Heydər Əliyev parkına gələrək Ulu Öndərin abidəsini ziyarət edib, önünə tər güllər düzdülər.

Tədbirdə rayon icra hakimiyyətinin başçısı Rafiq Cəlilov prokurorluq işçilərini peşə bayramı günü münasibəti ilə təbrik edib, çətin və şərəfli işlərində uğurlar arzulayıb.  Bildirib ki, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev Milli Prokurorluğun demokratik və hüquqi cəmiyyətdə rolunu nəzərə alaraq 17 iyul 1998-ci imzaladığı sərəncamla oktyabr ayının 1-i ölkəmizdə prokurorluq işçilərinin peşə bayramı günü kimi qeyd edilir. Prezident cənab İlham Əliyev tərəfindən həyata keçirilən hüquqi islahatlar nəticəsində qanunçuluğu və insan azadlığını hərtərəfli təmin edən vətəndaş cəmiyyəti quruculuğu prosesində prokurorluq orqanları üzərlərinə düşən vəzifələrin öhtəsindən layiqincə gəlirlər.

Rayon prokuroru Vahid Məmmədov və Polis şöbəsinin rəisi Polad Qarayev çıxışlarında ölkəmizdə hüquqi dövlət quruculuğunda, insan hüquq və azadlıqlarının qorunmasında, cinayətkarlığa qarşı mübarizədə prokurorluq orqanlarının rolundan danışıblar.  

Sonda rayon icra hakimiyyətinin başçısı tərəfindən prokurorluq əməkdaşlarına Fəxri Fərmanlar təqdim edilib.

Bütün prokurorluq işçilərini peşə bayramı günü münasibətilə təbrik edir, çətin və şərəfli işlərində uğurlar arzulayırıq. 

Keçidlər