Şriftin ölçüsü :

Saytın rəngi :

Cəlilabadda qazlaşma işləri davam etdirilir

22 sentyabr 2022 | 09:57

Rayonda əhalinin qaz təchizatının yaxşılaşdırılması məqsədi ilə tədbirlər davam etdirilməkdədir. Belə ki, bu günə Cəlilabad rayonunda 39527 evdən 33886 ev (85,73%-i) qazlaşdırılmış və 5641 evin  (14,27%-i) isə qazlaşdırılma prosesi davam etdirilir.

Cəlilabad şəhərinin Əhməd Məmmədov, Məlik Quliyev və Həzi Aslanov küçələrində uzunluğu 461 pm, Göytəpə şəhərlərinin Həsənabad küçəsində uzunluğu 827 pm yeni qaz xətti çəkilmişdir.

Cəlilabad şəhərinin Heydər Əliyev prospektində, Səfi Axundov, Şıxəli Qurbanov və Qarabağ küçələrində 126  pm, Göytəpə şəhərinin Sabir, Səməd Vurğun və Abbasağa Azərtürk küçələrində 30 pm, rayonun Hacıismayıllı, Söyüdlü, Ocaqlı, Gülməmmədli, Sabirabad, Bəcrəvan, Privolnoye, Adnalı, Təklə və Uzuntəpə kəndlərində 165 pm karroziyaya uğramış qaz xətləri yenisi ilə əvəz edilmişdir.

Cəlilabad şəhərinin Əhməd Məmmədov, Məlik Quliyev, Mustafa Nuri küçələrində Şəhid ailələri və qazilərin evlərinə qaz xəttinin çəkilməsi üçün üçün 174 pm uzunluğunda, Göytəpə şəhərinin Şəhid anasının evinin qazlaşdırılması üçün 77 pm, rayonun Alar, Kazımabad, Uzuntəpə, Məmmədcanlı, Privolnoye kəndlərində Şəhid ailələri və qazilərin evlərinin qazlaşdırılması ilə bağlı 402 pm uzunluğunda yeni qaz xətti çəkilmişdir.

Cəlilabad şəhərinin Mehdi Hüseyn küçəsində, Göytəpə şəhərinin Səməd Vurğun küçəsində  və Uzuntəpə kəndinin bir hissəsinin təbii qaza olan tələbatının normal və təhlükəsiz  vəziyyətə gətirilməsi üçün hər birində 1 ədəd yeni qaz tənzimləyicisi quraşdırılmışdır.

Cəlilabad və Göytəpə şəhərlərində Şəhid ailələrinin evlərinə yeni qapı keçidi çəkilmiş və 20 pm uzunluğunda boru istifadə edilmişdir. 

Cəlilabad rayonunun müxtəlif ünvanlarında 5441 ədəd qazsızma halları aradan qaldırılmış, bu məqsədlə 438 ədəd qaz kranı, 69 ədəd fərdi qaz tənzimləyicisi, 112 pm boru dəyişdirilmişdir. Rayon ərazisində 1029 ədəd SMART tipli sayğac  quraşdırılmışdır. 227 ədəd abonentin qaz xətti yeni çəkilmiş qaz kəmərinin üzərinə küçürülmüşdür. Bu məqsədlə 51 ədəd qaz kranı, 282 pm uzunluğunda boru istifadə olunmuşdur.

Cəlilabad şəhərinin Səttərxan küçəsində 5 ədəd,  Şıxəli Qurbanov küçəsində 5 ədəd, Azərbaycan küçəsində 1 ədəd,  rayonun  Muğan kəndində 6 ədəd, Uzuntəpə, Əliqasımlı və Ocaqlı  kəndində 2 ədəd siyirtmə quraşdırılmışdır.    

Rayonda Cəfərli, Çünəxanlı və Həsənli  kəndlərinin qazlaşdırılmasında tikinti quraşdırma işləri başa çatdırılmışdır. Məmmədcanlı kəndində təbii qazın verilişinə başlanılmış, yaxın vaxtlarda digər kəndlərə də təbi qaz veriləcəkdir.

           

Keçidlər