Şriftin ölçüsü :

Saytın rəngi :

Cəlilabadda qəbul imtahanlarında fərqlənən məzunlar mükafatlandırılıblar

09 sentyabr 2022 | 18:27

Cəlilabad rayonu üzrə bu il tələbə adını qazanan məzunlardan 34 nəfəri 500-dən, 11 nəfəri isə 600-dən yüksək bal toplayıb.

09 sentyabr 2022-ci il tarixdə Heydər Əliyev Mərkəzinin akt zalında 600-dən yüksək bal toplayaraq tələbə adını qazanmış məzunlarla görüş keçirilib.

Görüşdə çıxış edən Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov tələbə adını qazanan məzunları təbrik edib, onlara təhsildə uğurlar arzulayıb.

Ölkəmizdə təhsilə göstərilən dövlət qayğısından danışan icra başçısı, ümumtəhsil məktəblərinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində Cəlilabad rayonunda da ardıcıl işlərin görüldüyünü vurğulayıb.

Görüş iştirakçıları respublikamızda təhsilin inkişafına göstərdiyi diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Sonda tələbə adının qazanan və yüksək bal toplayan məzunlar Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov tərəfindən mükafatlandırılıblar.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Keçidlər