Cəlilabadda “Qızlar müzakirəyə qoşulur” adlı maarifləndirici tədbir keçirilib
Cəlilabad Rayon İcra Hakimiyyətinin, rayon təhsil sektorunun və Uşaq Səfirlər Məclisinin birgə təşkilatçılığı ilə Cəlilabad şəhəri 3 nömrəli tam orta ümumtəhsil məktəbində "Gələcəyə sağlam addımlarla irəliləyən qızlar" adlı maarifləndirici tədbir keçirilib. Tədbirdə Cəlilabad Rayon İcra Hakimiyyəti başçısı aparatının böyük məsləhətçisi-Uşaq hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Xumarə Xəlilova, Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının pediatrı Aynurə Rəcova, Uşaq Səfirlər Məclisinin Cəlilabad rayonu üzrə nümayəndəsi Selcan Camalova və məktəbin qız şagirdləri iştirak etmişdir.
Tədbirin əsas məqsədi sağlam həyat tərzinin təşviqi, şəxsi inkişaflarının dəstəklənməsi, maarifləndirilməsi, özünəinam hissinin artırılması və eyni zamanda onların gələcək həyatlarında düzgün qərarvermə bacarıqlarının formalaşdırılmasına töhfə vermək olmuşdur. Çıxışçılar qız uşaqlarının maarifləndirilməsi, hüquqlarının təbliği, təhsildən yayınma və erkən nikah hallarının qarşısının alınması mövzularından söhbətlər açıb, mövzu ilə bağlı faydalı məlumatlar təqdim etmişdir.
Mövzu ətrafında şagirdlərlə geniş müzakirələr aparılıb, onların fikir və təklifləri dinlənilib.






