Şriftin ölçüsü :

Saytın rəngi :

Cəlilabadda rayon ziyalıları ilə görüş keçirilib

13 fevral 2025 | 15:29

13 fevral 2025-ci il tarixində Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilovun rayon ziyalıları ilə görüşü keçirilmişdir.

Belə görüşlərin mütəmadi olaraq keçirilməsinin vacibliyini qeyd edən RİH başçısı Rafiq Cəlilov son illərdə rayonda görülən işlərin qısa xronikasını görüş iştirakçılarının diqqətinə çatdırıb.

Görüşdə milli dəyərlərin qorunması, rayonda təhsil və mədəniyyət, kənd təsərrüfatı, sosial və iqtisadi məsələlərlə bağlı əldə olunan uğurlar, şəhid və qazi ailələrinə göstərilən diqqət, onların problemlərinin həlli və digər məsələlər ilə bağlı fikir mübadiləsi aparılıb.

Ziyalılar öz çıxışlarında rayonda aparılan abadlıq-quruculuq işləri, iqtisadi, ictimai, sosial, mədəni və digər sahələrdə icra olunan layihələrlə bağlı fikirlərini dilə gətirərək, təklif və tövsiyyələrini bildiriblər.

Maraqlı polemika şəraitində baş tutan görüş zamanı ziyalılar tərəfindən son illərdə Cəlilabad rayonunda görülən işlər, rayon sakinləri, əhalinin müxtəlif təbəqələri ilə mütəmadi olaraq keçirilən görüşlər qeyd olunaraq təqdirəlayiq hesab olunub, müsbət hal kimi qiymətləndirilib.

RİH başçısı Rafiq Cəlilov bu cür görüşlərin keçirilməsinin, rayonun hərtərəfli inkişafı baxımından birgə çalışmağın vacibliyini qeyd edib. Görüşdə qaldırılan məsələlərin qısa zamanda həlli istiqamətində işlərin görüləcəyi diqqətə çatdırılıb.

Keçidlər