Şriftin ölçüsü :

Saytın rəngi :

Cəlilabadda “Region gənclərinin fəal iştirakçılığı və ictimai liderlik” mövzusunda seminar keçirilib

12 noyabr 2026 | 14:29

Cəlilabad Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzində “Azərbaycan Demokratik Tələbə Gənclər Təşkilatı” İctimai Birliyi tərəfindən “Region gənclərinin fəal iştirakçılığı və ictimai liderlik” mövzusunda seminar təşkil olunub.

Tədbirdə Cəlilabad Rayon İcra Hakimiyyəti başçısı aparatının Ərazi təşkilat və ictimai-siyasi, humanitar məsələlər şöbəsinin İctimai-siyasi, humanitar məsələlər sektorunun aparıcı məsləhətçisi Özal Kazımov, Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü Asif Əsgərli və “Azərbaycan Demokratik Tələbə Gənclər Təşkilatı” İctimai Birliyinin icraçı direktoru Gülnarə Bağırova iştirak ediblər.

Seminar çərçivəsində çıxış edənlər gənclərin cəmiyyətin ictimai-siyasi həyatında fəal iştirakının, vətəndaş mövqeyinin formalaşmasının, liderlik keyfiyyətlərinin inkişaf etdirilməsinin və təşəbbüskarlığının artırılmasının əhəmiyyətindən danışıblar. Qeyd olunub ki, gənclərin bilik və bacarıqlarının inkişaf etdirilməsi, onların ictimai fəaliyyətə cəlb olunması və qərarların qəbulunda iştirakının təşviqi regionların sosial inkişafına mühüm töhfə verir.

Çıxışlardan sonra mövzu ətrafında fikir mübadiləsi aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb və gənclərin ictimai fəallığının artırılması istiqamətində təkliflər səsləndirilib

Keçidlər