Şriftin ölçüsü :

Saytın rəngi :

Cəlilabadda “Sağlam bədəndə sağlam ruh!” devizi altında idman yarışı keçirilib

29 oktyabr 2022 | 17:24

28 oktyabr 2022-ci il tarixində Cəlilabad şəhər Mərkəzi Stadionunda Rayon Gənclər və İdman İdarəsinin, Rayon Polis Şöbəsinin birgə təşkilatçılığı ilə “Sağlam bədəndə sağlam ruh!” devizi altında idmanın kross və gimnastika növləri üzrə respublika yarışlarının rayon birinciliyi keçirilib.

Tədbirdə Cəlilabad rayon İcra Hakimiyyətinin, rayon Polis şöbəsinin, rayon Gənclər və İdman idarəsinin, Masallı Regional Mədəniyyət idarəsi Cəlilabad nümayəndəliyi, Daxili İşlər Nazirliyi İdman cəmiyyətinin əməkdaşları, idarə, müəssisələrin rəhbərləri ilə yanaşı, şəhid ailələri, Vətən müharibəsi qaziləri və rayon ictimaiyyətinin nümayəndələri də iştirak ediblər.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə açıq elan edilib. Çıxış edənlər əvvəlcə rayonda idmanın kütləviliyinin artırılmasından ötrü həyata keçirilən tədbirlərdən danışıb, idmançılara uğurlar arzulayıblar.

Sonra müxtəlif idman sahələri üzrə idmançılar nümunəvi çıxışlar ediblər. 20-25 yaşlı gənclər arasında turnikdən dartınma, 1000 metr məsafəyə kross qaçışı yarışları keçirilib.

Yarışların qalibləri fəxri fərmanlarla və hədiyyələrlə mükafatlandırılıblar Sonda xatirə şəkli çəkilib.

Qeyd edək ki, yarışlar Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin birgə tədbirlər planına əsasən keçirilib.

Keçidlər