Cəlilabadda “Sağlam məhəllə” layihəsi icra olunur
2026-cı il Azərbaycanda “Şəhərsalma və Memarlıq İli” elan edilməsi ilə əlaqədar ölkənin hər yerində, o cümlədən rayon və şəhərlərdə abadlıq, yenidənqurma və infrastrukturun müasirləşdirilməsi işləri geniş vüsət alıb.
12 may 2026-cı il tarixində Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Qalib Xudaverdiyev və Lənkəran–Astara Regional Gənclər və İdman İdarəsinin rəisi Teymur Babazadə “Sağlam məhəllə” layihəsi çərçivəsində aparılan abadlıq-quruculuq işləri ilə yerində tanış olublar.
Azərbaycan Respublikası Prezidentinin 15 iyul 2024-cü il tarixli Sərəncamına əsasən Gənclər və İdman Nazirliyinin sifarişi ilə həyata keçirilən layihə çərçivəsində Zərifə Əliyeva küçəsində, 28 nömrəli yaşayış binasının qarşısında müasir idman zonası yaradılır. Ərazidə mini-futbol və basketbol meydançaları, həmçinin müxtəlif idman avadanlıqları quraşdırılacaq.
Layihənin əsas məqsədi əhalinin, xüsusilə gənclərin açıq havada idmanla məşğul olmasını stimullaşdırmaq, sağlam həyat tərzini təbliğ etmək və idman infrastrukturunu gücləndirməkdir.






