Cəlilabadda sağlamlıq naminə əhali üçün fiziki aktivliyə dair maarifləndirici materillar sakinlərə paylanılmış, maarifləndirici söhbətlər aparılmışdır.
Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev 23 dekabr 2015-ci il tarixdə “Azərbaycan Respublikasında qeyri-infeksion xəstəliklərlə mübarizəyə dair 2015-2020-ci illər üçün Strategiya”nın təsdiq edilməsi haqqında 1645 nömrəli Sərəncam imzalamışdır. Həmin Strategiyanın 9.2.1 bəndində sağlamlıq naminə əhali üçün fiziki aktivliyə dair maarifləndirici materillar hazırlanaraq təşviq edilməsi nəzərdə tutulmuşdur.
Bununla bağlı olaraq Cəlilabad Rayon İcra Hakimiyyətinin məsul əməkdaşı tərəfindən sağlamlıq naminə fiziki aktivliyə dair hazırlanmış maarifləndirici materiallar əhalinin müxtəlif təbəqələrinə, o cümlədən işləyən əhaliyə təqdim olunub və maarifləndirici söhbətlər aparılıb.
Azərbaycan Respublikasında qeyri-infeksion xəstəliklərlə mübarizəyə dair 2015-2020-ci illər üçün Strategiya”nın 9.2.1. QİX-in risk amillərinə qarşı əhali arasında bərabərlik prinsipinə əsaslanan səmərəli tədbirlərin həyata keçirilməsi barədə bəndin icrası ilə bağlı rayon ərazisində sakinlərə sağlam həyatı aşılayan bukletlər, idmanın faydaları, tütünün və alkoqollu içkilərin zərərlərini əks etdirən maarifləndirici broşürlər paylanılmışdır.
Göründüyü kimi bir çox xəstəliklərin səbəbi məhz fiziki passivlikdir. Odur ki, gəlin sağlam həyat naminə fiziki aktiv olaq! Fiziki aktivlik sağlamlığın və cavanlığın təməlidir.






