Şriftin ölçüsü :

Saytın rəngi :

Cəlilabadda şəhərdaxili küçələrdə aparılan asfaltlanma işlərinə baxış keçirilib

23 sentyabr 2024 | 19:01

Cəlilabad şəhərində sakinlərin rahatlığını təmin etmək məqsədilə yenidənqurma işləri davam etdirilir. Şəhərin yol-nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi istiqamətində kompleks tədbirlər həyata keçirilir, şəhər daxili küçələrə mərhələli şəkildə asfalt örtüyü döşənir.

Bu gün Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov rayonda aparılan abadlıq-yenidənqurma işləri çərçivəsində yol-nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi məqsədi ilə şəhər ərazisində Mikayıl Müşfiq  küçəsi 380 metr, Süleyman Rəhimov küçəsi 285 metr hissəsində görülən asfaltlanma, Vüqar Niftullayev küçəsi 515 metr, Əlixan Rəhimov küçəsi 515 metr və Dədə Qorqud küçəsində isə 1060 metr asfaltlanma üçün aparılan hazırlıq işlərinə baxış keçirmişdir.

Rayon rəhbəri həmçinin Heydər Əliyev prospekti və Xatirə Parkında yaşıllıq sahələrinin genişləndirilməsi və abadlıq işlərinin görülməsi məqsədilə aidiyyəti üzrə əlaqədar şəxslərə bir sıra tapşırıq və göstərişlərini vermişdir.

Keçidlər