Cəlilabadda şəhərdaxili küçələrdə asfaltlanma işləri aparılır
23 dekabr 2023 | 18:33
Cəlilabad şəhərində sakinlərin rahatlığını təmin etmək məqsədilə yenidənqurma işləri davam etdirilir. Bildiririk ki, Cəlilabad şəhərinin yol-nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi istiqamətində kompleks tədbirlər həyata keçirilir, şəhər daxili küçələrə mərhələli şəkildə asfalt örtüyü döşənir.
Bu gün rayon icra hakimiyyəti başçısı Rafiq Cəlilov Cəlilabad şəhəri Savalan küçəsinin 760 metr hissəsində aparılan asfaltlanma işləri ilə yerində tanış olmuş, işlərinin keyfiyyətli və normalara uyğun aparılması üçün aidiyyəti şəxslərə müvafiq tapşırıq və tövsiyələrini vermişdir.