Şriftin ölçüsü :

Saytın rəngi :

Cəlilabadda şəhərdaxili küçələrdə asfaltlanma işləri davam edir

03 oktyabr 2025 | 15:03

Bu gün Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini icra edən, başçının birinci müavini Qalib Xudaverdiyev rayonda aparılan abadlıq-yenidənqurma işləri çərçivəsində yol-nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi məqsədi ilə şəhər ərazisində Şəhid Məhərrəm Hüseynov küçəsinin 235 metr hissəsində aparılan asfaltlanma işləri ilə tanış olmuşdur. 

Görülən işlərə baxış keçirilmiş, işlərin vaxtında və keyfiyyətli görülməsi məqsədilə aidiyyəti üzrə əlaqədar şəxslərə bir sıra tapşırıq və tövsiyələr verilmişdir.

Keçidlər