Şriftin ölçüsü :

Saytın rəngi :

Cəlilabadda şəhərdaxili küçələrin asfaltlanması işləri davam etdirilir

19 dekabr 2023 | 18:16

Vətəndaşların gediş-gəlişində, xüsusən qış mövsümündə yaranan problemlərin aradan qaldırılması üçün Cəlilabad şəhərində asfaltlaşma işləri davam etdirilir və şəhər daxili küçələrə mərhələli şəkildə asfalt örtüyü döşənir.

Bu gün Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov Cəlilabad şəhəri 28 May küçəsinin 345 metr və Fərid Əhmədov küçəsinin 340 metr hissəsində aparılan asfaltlanma işləri ilə yerində tanış olmuş, işlərin keyfiyyətli və normalara uyğun aparılması üçün aidiyyəti şəxslərə müvafiq tapşırıq və tövsiyələrini vermişdir.

Keçidlər