Cəlilabadda şəhid ailələrinə orden və medallar təqdim edilib
Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısının səlahiyyətlərini icra edən, başçının birinci müavini Qalib Xudaverdiyevin, hüquq-mühafizə orqanlarının rəhbərlərinin, şəhidlərin ailə üzvlərinin və qazilərin iştirak etdiyi tədbirdə əvvəlcə ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Qalib Xudaverdiyev tədbirdə çıxış edərək rəşadətli Azərbaycan Ordusunun Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə qazandığı tarixi Qələbədən danışıb, Vətənə layiqli oğullar yetirdiklərinə və göstərdikləri xidmətə görə şəhid ailələrinə, qazilərimizə minnətdarlıqlarını ifadə edib.
Sonra Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərəncamları ilə təltif olunmuş şəhidlərimizin orden və medalları ailə üzvlərinə təqdim olunub.
Şəhid ailələri göstərilən dövlət qayğısına görə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə və birinci xanım prezident Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər.