Cəlilabadda şəhid ailələrinin və qazilərin ziyarəti davam etdirilir
09 iyun 2022 | 11:01
Cəlilabad rayonunda yaşayan şəhid ailələri və qazilər mütəmadi ziyarət edilir, onların gündəlik problemləri diqqətdə saxlanılır və həll olunur.
Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov və hüquq-mühafizə orqanlarının rəhbərləri Birinci Qarabağ müharibəsi şəhidləri Əşrəf Hüseynovun, İslam Orucovun ailə üzvlərini və Vətən müharibəsi qazisi Cavid Cəlilovu evlərində ziyarət etmişlər.
Şəhid ailələri və qazinin problemləri dinlənilib və tez bir zamanda həlli istiqamətində lazımi tədbirlərin görüləcəyi bildirilib.
Görüşlərdə şəhid ailələrinə və Vətən uğrunda sağlamlığını itirmiş şəxslərə göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıq ifadə olunub.