Şriftin ölçüsü :

Saytın rəngi :

Cəlilabadda şəhid ailələrinin yaşadığı küçələrdə asfatlanma işləri aparılıb

30 dekabr 2023 | 18:16

Ölkədə şəhidlərə ehtiram, şəhid ailələrinə diqqət və qayğı hər zaman yüksək olmuşdur. Cəlilabad rayonunda da şəhidlər daim əziz tutulur və şəhid ailələri rayon rəhbərliyinin diqqət və qayğısı ilə əhatə olunurlar. Rayon icra hakimiyyətinin başçısı Rafiq Cəlilov şəhid Röyal Nəsirov küçəsi və şəhid Mirağa Qasımovun ailəsinin yaşadığı Qafur Məmmədov küçəsində aparılan asfatlanma işləri ilə tanış olmuşdur. Röyal Nəsirov küçəsinin 640 metr və Qafur Məmmədov küçəsinin 220 metr hissəsində asfaltlanma işləri görülür.

Görülən işlərə baxış keçirən rayon rəhbəri işlərin vaxtında və keyfiyyətli görülməsi məqsədilə aidiyyəti üzrə əlaqədar şəxslərə bir sıra tapşırıq və göstərişlərini vermişdir.

Şəhid ailələri görülən işlər və onlara göstərilən qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

Keçidlər