Şriftin ölçüsü :

Saytın rəngi :

Cəlilabadda şəhid ailələrinin ziyarəti davam etdirilir

29 iyul 2022 | 18:16
Cəlilabad rayonunda yaşayan şəhid ailələri davamlı ziyarət edilir, onların gündəlik problemləri diqqətdə saxlanılır və həll olunur.

İyulun 28-də Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov Birinci Qarabağ müharibəsi şəhidi Rzayev Nəsib Əmən oğlunun anası, birinci qrup gözdən əlil Böyükxanım Rzayevanı və Vətən müharibəsi şəhidi Tacir Eminovun ailə üzvlərini evlərində ziyarət etmişdir.

Rafiq Cəlilov şücaətli, cəsur, eyni zamanda vətənpərvər övlad yetişdirdikləri üçün şəhid valideynlərinə minnətdarlığını bildirib. Qeyd olunub ki, şəhidlik əsl qeyrət, hünər, şərəf və ləyaqət zirvəsi, Vətənə sonsuz məhəbbətin böyük nümunəsidir.

Ailə üzvləri şəhidlərimizin xidməti fəaliyyəti, təltif edildikləri medallar barədə məlumat verib, onların özünəməxsus xüsusiyyətlərindən danışıb, xatirələrini bölüşüblər.

Şəhidlərin ailə üzvləri dövlətimiz tərəfindən daim qayğı ilə əhatə olunduqlarını bildirib, göstərilən diqqət və qayğıya görə Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

Keçidlər