Cəlilabadda şəhid İlqar Zeynalov adına küçəyə asfalt örtüyü çəkilib
24 oktyabr 2025 | 14:29
Cəlilabad şəhərinin yol-nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi istiqamətində tədbirlər davam etdirilir. Vətəndaşların gediş-gəlişində yaranan problemlərin aradan qaldırılması üçün şəhid İlqar Zeynalov adına küçənin 345 metr hissəsində yüksək keyfiyyətlə həyata keçirilən asfaltlanma işləri görülüb.






