Şriftin ölçüsü :

Saytın rəngi :

Cəlilabadda şəhidlərimiz son mənzilə yola salındı

14 sentyabr 2022 | 18:43

Sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin müxtəlif istiqamətlərində törətdikləri genişmiqyaslı təxribatın qarşısı alınarkən qəhrəmancasına şəhid olan hərbiçilərimiz, gizir Həsənov Səid Sarbala oğlunun nəşi bu gün böyüyüb boya- başa çatdığı Cəlilabad rayonunun Əsədli kəndinə, əsgər Qasımov Rəşad Ənvər oğlunun nəşi Alar kəndinə və baş gizir Məmmədov Nahid Hüseynağa oğlunun nəşi isə Vənlik kəndinə gətirilib. Onlarla vida mərasimi keçirilib və doğulduqları kənd qəbiristanlıqlarında yaylım atəşi ilə dəfn ediliblər.

Dəfn mərasimində Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov, hüquq mühafizə orqanlarının rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri, qazilər, müharibə veteranları, kənd sakinləri və şəhidin doğmaları iştirak etmişlər.

Şəhidlərimizin müqəddəs ruhu qarşısında baş əyirik!

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Keçidlər