Cəlilabadda “Sosial xidmətlərin inkişafı” mövzusunda iclas keçirilmişdir
Azərbaycan Respublikası Prezidentinin 28 avqust 2023-ci il tarixli, 4059 nörməli Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında sosial xidmətin inkişafına dair 2023-2026-cı illər üçün Dövlət Proqramı”nın icrası ilə bağlı Tədbirlər Planı”nın icrası çərçivəsində rayon icra hakimiyyətinin təşkilatçılığı ilə bir qrup idarə, müəssisə və təşkilat nümayəndələrinin iştirakı ilə “Sosial xidmətlərin inkişafı” mövzusunda dəyirmi masa keçirilmişdir.
İclasda rayon icra hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini, dini qurumlarla işin təşkilatçısı Vahid Mirzəyev Dövlət Proqramı haqqında geniş məlumat verərək Dövlət Proqramının həyata keçirilməsinin hədəf göstəriciləri, məqsədləri, prioritet istiqamətləri, müvafiq normativ hüquqi aktların layihələrinin hazırlanması haqqında geniş məlumat vermişdir.
Tədbir qarşılıqlı diskussiya şəklində davam edib, müvafiq normativ hüquqi aktların layihələrinin müvafiq dövlət orqanları (qurumları) ilə razılaşdırılması, təsdiq edilməsi üçün aidiyyəti üzrə təqdim olunması, sosial xidmət müəssisələrində göstərilən xidmətlərin keyfiyyətinə və səmərəliliyinə nəzarət mexanizmini müəyyən edən normativ hüquqi aktın təsdiq edilməsi üçün aidiyyəti üzrə təqdim olunması, yekun hesabatın hazırlanması və aidiyyəti üzrə təqdim edilməsi barədə müzakirə aparılmışdır.