Şriftin ölçüsü :

Saytın rəngi :

Cəlilabadda Su Təsərrüfatı və Meliorasiya işçiləri peşə bayramlarını qeyd edib

05 iyun 2023 | 12:16

Azərbaycanda meliorasiya təsərrüfatının əsaslı inkişafı Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Son illər ölkə iqtisadiyyatının bütün sahələri kimi kənd təsərrüfatı da özünün keyfiyyətcə yeni yüksəliş mərhələsinə qədəm qoyub. Əkin dövriyyəsi genişlənib, məhsuldarlıq yüksəlib, sahəyə xidmət edən qurumlarla işgüzar, səmərəli əlaqələr formalaşıb. Bu baxımdan əhalinin keyfiyyətli və dayanıqlı içməli su ilə təmin edilməsində su təsərrüfatı işçilərinin böyük əməyi var. Prezident İlham Əliyevin 2014-cü il mayın 14-də imzaladığı Sərəncamla iyunun 5-i "Su təsərrüfatı və meliorasiya işçiləri günü” peşə bayramının təsis edilməsi su təsərrüfatı işçilərinin əməyinə verilən qiymətdir.

Bu gün Cəlilabad şəhərində Su Təsərrüfatı və Meliorasiya işçiləri  peşə bayramlarını  qeyd etdilər. Tədbir  iştirakçıları  Ulu öndər Heydər Əliyevin abidəsi  önünə gələrək tər güllər düzdülər.

Keçidlər