Şriftin ölçüsü :

Saytın rəngi :

Cəlilabadda “Təhsildən yayınmanın mənəvi və sosial nəticələri” mövzusunda tədbir keçirilib

24 sentyabr 2026 | 12:52

24 sentyabr 2026-cı il tarixində Cəlilabad Rayon İcra Hakimiyyəti və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Lənkəran-Astara Regional Bölməsinin birgə təşkilatçılığı ilə Cəlilabad rayonu Sərhədabad kənd tam orta ümumtəhsil məktəbində “Təhsildən yayınmanın mənəvi və sosial nəticələri” mövzusunda tədbir keçirilib.

Tədbirdə Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının İctimai-siyasi və humanitar məsələlər sektoru üzrə aparıcı məsləhətçi, Uşaq hüquqlarının müdafiəsi üzrə komissiyanın məsləhətçi-psixoloqu Özal Kazımov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Lənkəran-Astara Regional Bölməsinin baş məsləhətçisi Cavidan Rəşidov, Regional Bölmənin məsləhətçisi Həsən Hümbətov və məktəblilər iştirak ediblər.

Çıxışlarda şagirdlərin təhsildən yayınmasına səbəb olan amillərin aradan qaldırılmasının vacibliyi vurğulanıb. Bildirilib ki, bu kimi arzuolunmaz halların qarşısının alınması məqsədilə ümumtəhsil məktəblərində maarifləndirici tədbirlərin mütəmadi keçirilməsi mühüm əhəmiyyət daşıyır.

Həmçinin qeyd olunub ki, hər bir uşağın keyfiyyətli təhsil almasının təmin edilməsi həm cəmiyyətin, həm də valideynlərin əsas məsuliyyətlərindən biridir. Bu istiqamətdə aidiyyəti qurumlar, təhsil müəssisələri və valideynlər arasında əməkdaşlığın gücləndirilməsinin xüsusi əhəmiyyət daşıdığı diqqətə çatdırılıb.

Keçidlər