Şriftin ölçüsü :

Saytın rəngi :

Cəlilabadda təmizlik və abadlıq işləri çərçivəsində yeni məişət tullantıları konteynerləri quraşdırılıb.

19 noyabr 2026 | 14:09

Cəlilabad rayonunda ərazilərin sanitar vəziyyətinin yaxşılaşdırılması, təmizlik və abadlıq işlərinin daha da gücləndirilməsi istiqamətində tədbirlər davam etdirilir.

Bu çərçivədə Kommunal Müəssisələr Kombinatı tərəfindən ictimai istifadə olunan ərazilərdə yeni məişət tullantıları konteynerləri quraşdırılıb. Eyni zamanda, tullantıların ətrafa yayılmasının və antisanitar vəziyyətin yaranmasının qarşısının alınması məqsədilə konteynerlərin yerləşdirildiyi sahələr dəmir tor-hasarla əhatə olunub.

Görülən işlərin əsas məqsədi rayon ərazisində təmizliyin təmin edilməsi, ətraf mühitin mühafizəsi və kommunal xidmətlərin keyfiyyətinin yüksəldilməsidir.

Sakinlərdən məişət tullantılarının müəyyən edilmiş qaydalara uyğun şəkildə konteynerlərə atılması və ümumi istifadə olunan ərazilərdə təmizliyin qorunmasına məsuliyyətlə yanaşmaları xahiş olunur.

Keçidlər