Şriftin ölçüsü :

Saytın rəngi :

Cəlilabadda “Tənzimlənməyən miqrasiya. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olma və yaşama qaydaları” mövzusunda maarifləndirici tədbir keçirilmişdir

12 iyun 2024 | 16:18

12 iyun 2024-cü il tarixdə Cəlilabad Rayon İcra Hakimiyyətinin inzibati binasının iclas zalında keçirilən tədbirdə rayon icra hakimiyyəti başçısının birinci müavini Qalib Xudaverdiyev, Lənkəran Regional Miqrasiya İdarəsinin kiçik miqrasiya xidməti müşaviri, bölmə rəisi İbrahim Abdulzadə və baş inspektoru, kiçik dövlət qulluqçusu Turan Əliyev, inzibati ərazi dairəsi üzrə nümayəndələr, bələdiyyə sədrləri, sahə polis rəisləri, idarə və müəssisə rəhbərləri iştirak etmişdir.

Tədbiri giriş sözü ilə Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Qalib Xudaverdiyev açaraq Dövlət Miqrasiya Xidməti tərəfindən respublikanın regionlarında müntəzəm olaraq təşkil edilən maarifləndirmə tədbirlərinin ictimaiyyətin, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin məlumatlanıdırılması işinə öz töhfəsini verdiyini diqqətə çatdırıb.  

Sonra Lənkəran Regional Miqrasiya İdarəsinin kiçik miqrasiya xidməti müşaviri, bölmə rəisi İbrahim Abdulzadə miqrasiya məsələləri, tənzimlənməyən miqrasiya və onun nəticələri, miqrantlara münasibət kimi aktual mövzular barəsində geniş məruzə ilə çıxış edib.

Lənkəran Regional Miqrasiya İdarəsinin baş inspektoru, kiçik dövlət qulluqçusu Turan Əliyev ölkədə müvəqqəti olma müddətlərinin uzadılması, müvəqqəti və daimi yaşamaq üçün icazələrin verilməsi, vətəndaşlığa qəbul, xitam, bərpa, eləcə də vətəndaşlıq mənsubiyyətinin və qaçqın statusunun müəyyənləşdirilməsi, həmçinin əmək fəaliyyətinin həyata keçirilməsi üçün fərdi icazələrin verilməsi və mövcud fərdi icazələrin müddətlərinin uzadılması, həmçinin əcnəbilərin qeydiyyatı, qanunsuz miqrasiyaya qarşı mübarizə məsələləri barədə çıxış etmişdir.

Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılmışdır.

Keçidlər