Şriftin ölçüsü :

Saytın rəngi :

Cəlilabadda Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş ağacəkmə aksiyası keçirilib

02 dekabr 2023 | 12:57

02 dekabr 2023-cü il tarixində Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş, Cəlilabad Rayon İcra Hakimiyyətinin və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı ilə Cəlilabad-Yardımlı avtomobil yolunun Şiləvəngə və Abışabad kəndlərindən keçən 3 km-lik hissəsində ağacəkmə aksiyası keçirilmişdir.

Aksiyada rayon icra hakimiyyətinin başçısı Rafiq Cəlilov, Ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov, aparat əməkdaşları, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə-təşkilat əməkdaşları, ictimaiyyət nümayəndələri və rayon sakinləri iştirak etmişdir.

Aksiya çərçivəsində 2000 ədəd ağac əkilmiş və ağaclara lazımi aqrotexniki qulluq göstərilmişdir.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Keçidlər