Şriftin ölçüsü :

Saytın rəngi :

Cəlilabadda Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş konfrans keçirilib

14 iyul 2023 | 10:00

Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev ili” elan edilməsi ilə əlaqədar həyata keçirilən silsilə tədbirlərin davamı olaraq iyulun 14-də Cəlilabad rayonunda Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş konfrans keçirilib.

Konfransda rayon icra hakimiyyətinin başçısı Rafiq Cəlilov, Cəlilabad, Neftçala, Salyan və Biləsuvar rayon prokurorluqlarının əməkdaşları, hüquq mühafizə və digər dövlət hakimiyyəti orqanlarının nümayəndələri iştirak edib.

Konfrans iştirakçıları öncə Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.

Tədbirdə Ümummilli Lider Heydər Əliyevin, eləcə də ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda mübarizədə canlarını qurban vermiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, Ümummilli Lider Heydər Əliyevin xalqımız qarşısındakı tarixi xidmətləri, hüquqi dövlət quruculuğu istiqamətində həyata keçirdiyi uğurlu siyasət barədə çıxış edib.

Daha sonra Cəlilabad rayon prokuroru Vahid Məmmədov, Neftçala rayon prokuroru Nəsif Nəcəfov, Salyan rayon prokuroru Rəşad Mansurov və Biləsuvar rayon prokuroru Camal Bağırovun Ümummilli Liderin dövlətçiliyin qorunması, iqtisadiyyatın inkişafı, prokurorluq orqanlarına qayğısı, gənclər siyasəti, respublikamıza, xüsusilə Cəlilabad rayonuna diqqət və qayğısı barədə çıxışları dinlənilib.

Sonda konfrans iştirakçıları Baş Prokurorluğun təşəbbüsü ilə ərsəyə gəlmiş Ümummilli Liderin xatirəsinə həsr olunan “Böyük şəxsiyyət...3 ştrixdə” adlı sənədli filmə baxıblar.

Keçidlər