Şriftin ölçüsü :

Saytın rəngi :

Cəlilabadda "Unudulan mirvarilər: Erməni vandalizmi və Qərbi Azərbaycan abidələri" adlı sənədli film nümayiş olunub.

28 iyul 2025 | 12:31
Cəlilabad şəhər Heydər Əliyev Mərkəzində Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin, Cəlilabad Rayon İcra Hakimiyyətinin, Cəlilabad şəhər Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə "Konstitusiya və Suverenlilk ili" ilə əlaqədar "Unudulan mirvarilər: Erməni vandalizmi və Qərbi Azərbaycan abidələri" sənədli filminin nümayişi olub.
Tədbirdə Cəlilabad rayonu üzrə gənclər və idman sektorunun əməkdaşı, Cəlilabad şəhər Heydər Əliyev Mərkəzinin direktoru, MİHT Cəlilabad RK sədri, DQİDK Masallı bölməsinin əməkdaşı və bir qrup gənc iştirak edib.
Tədbirin keçirilməsində məqsəd Ermənistan tərəfindən Azərbaycan abidələrinə qarşı həyata keçirilən dağıdıcı və təhrikedici vandalizm aktlarının ictimailəşdirilməsi, gənclərdə milli mənəvi dəyərlərə bağlılığın artırılması, itirilmiş mədəni irsin əhəmiyyətinin dərk edilməsidir.
Keçidlər