Cəlilabadda “Uşaq Hüquqları Aylığı” çərçivəsində maarifləndirici tədbirlər keçirilib
20 oktyabr – 20 noyabr tarixlərinin ölkəmizdə “Uşaq Hüquqları Aylığı” elan edilməsi ilə əlaqədar 13 noyabr 2026-cı il tarixində Cəlilabad Rayon İcra Hakimiyyətinin və Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin Cənub Regional Mərkəzinin birgə təşkilatçılığı ilə Sərhədabad kənd tam orta ümumtəhsil məktəbində və Cəlilabad şəhər Rəşad Abdullayev adına 2 nömrəli tam orta ümumtəhsil məktəbində maarifləndirici tədbirlər keçirilib.
Tədbirlərdə Cəlilabad Rayon İcra Hakimiyyəti yanında Uşaq hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Xumarə Xəlilova, Ombudsmanın Cənub Regional Mərkəzinin rəhbəri Ziya İsmayılov, Sosial Xidmətlər Agentliyinin Lənkəran-Astara Regional filialının böyük mütəxəssisi İbrahim Zeynallı, Lənkəran-Astara Regional Təhsil İdarəsinin Cəlilabad rayonu üzrə təhsil sektorunun aparıcı məsləhətçisi Elvin Cavadzadə, Uşaq Səfirlər Məclisinin Cəlilabad rayonu üzrə nümayəndəsi Xanoğlan Bəhmənli, Cəlilabad Rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı Qorxmaz Əliyev eləcə də yuxarı sinif şagirdləri iştirak ediblər.
Çıxışlar zamanı “Uşaq hüquqlarının müdafiəsi sahəsində dövlət siyasətinin hüquqi əsasları və prioritet istiqamətləri” və “Uşaq hüquqlarının təmin olunması və müdafiəsinin hüquqi mexanizmləri” mövzularına toxunulub. Şagirdlərə uşaq hüquqlarının qorunması, təmin olunması, bu sahədə dövlət siyasətinin əsas istiqamətləri və mövcud hüquqi mexanizmlər barədə ətraflı məlumat verilib.
Sonda şagirdlərin sualları cavablandırılıb, mövzu ətrafında fikir mübadiləsi aparılıb.






